Dərc olunub: 22.10.2019

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Musa Qasımlı Türk Tarix Qurumu və İğdır Universitetinin Türkiyə, Azərbaycan, ABŞ, İtaliya, Hindistan və Ukrayna tarixçilərinin iştirakı ilə təşkil etdiyi “Türk-erməni münasibətləri” mövzusunda birinci beynəlxalq elmi simpoziumda iştirak edib.

Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə azərbaycanlı alimin həm simpoziumun plenar iclasındakı çıxışı, həm də bölmə iclasında “XIX əsrin sonları – XX əsrin əvvəllərində İğdırda erməni silahlı dəstələrinin törətdikləri qırğınlar (Rusiya və Gürcüstan arxiv mənbələri əsasında)” mövzusunda məruzəsi maraqla qarşılanıb.

Simpoziumun yekun dəyərləndirməsini AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Türkiyənin görkəmli tarixçiləri – professorlar Kamal Çiçək, Hikmət Öksüz və Esen Dayı aparıblar.

Bənzər yazılar