Dövlət Statistika Komitəsinin yeni çapdan çıxan “Azərbaycanda təhsil, elm və mədəniyyət” adlı məcmuəsində bu barədə statistik göstəricilər qeyd olunub.

Mektebgushesi.az xəbər verir ki, araşdırma musiqi, təsviri sənət, bədən tərbiyəsi, texnologiya fənlərini tədris edən müəllimləri əhatə edir.

Göstəricilərdən aydın olur ki, ötən il ölkə məktəblərində bu fənləri 17262 müəllim tədris edib.

Bu kadrların yalnız 46,5 %-i ali təhsillidir. Onlardan 99,8%-i isə sırf pedaqoji təhsilə sahibdir. Bu fənn müəllimləri arasında ali təhsillilərin ən çox olduğu il isə 2005-ci il olub. Həmin ildə kadrların 53,9 %-inin ali təhsilli olduğu aşkarlanıb.

Hazırda musiqi, təsviri sənət, bədən tərbiyəsi, texnologiya kimi fənləri tədris edənlərin 61,3%-i qadınlardır. Onların 13,4 %-i isə pedaqoji orta ixtisas təhsilinə sahibdirlər.

Bənzər yazılar