Bu gün AMEA-nın Rəyasət Heyətinin Ümumi yığıncağı keçirilib.

Mediaya qapalı keçirilən iclasda Rəyasət Heyətinin üzvləri
Ramiz Mehdiyevi AMEA-nın prezidenti seçiblər.

Qeyd edək ki, A. Əlizadə səhhəti ilə əlaqədar AMEA prezidenti vəzifəsindən istefa verib.

Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

Bənzər yazılar