Dərc olunub: 24.10.2019

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsi ilə bağlı təqdimat görüşü keçirilib.

Tədbirdə çıxış edən “Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə  müsabiqənin məqsədi, iştirak şərtləri, müraciət qaydaları, qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər, layihənin əhatə etdiyi mövzular barədə geniş məlumat verilib. Tədbir çərçivəsində iştirakçıların müsabiqə ilə bağlı sualları cavablandırılıb, onlara ətraflı məlumat verilib. Xatırladaq ki, müsabiqəyə təqdim olunan layihələr cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, həyat və sağlamlığının qorunmasına, elm və təhsilin inkişafına, innovativ ideyaların reallaşdırılmasına və maarifləndirmə işinin təkmilləşdirilməsinə, təbiət və ətraf mühitin mühafizəsinə, cəmiyyətdə tolerant və inklüziv mühitin qorunmasına və bu sahədə bərabər imkanların yaradılmasına dair təşəbbüsləri əhatə edir.

Hazırda müsabiqəyə layihələrin qəbulu davam edir. Layihələrin qeydiyyatı http://musabiqe.riib.az/ elektron sistemi vasitəsilə onlayn qayada həyata keçirilir.

Bənzər yazılar