Dərc olunub: 24.10.2019

aBakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tələbələrin peşəkar kadr kimi hazırlanmasını, fərdi inkişaflarını təmin etmək məqsədilə dərsdənkənar qrafik-dizayn təlimlərinə start verilib.

BDU-dan bildirilib ki, təlim çoxillik iş təcrübəsi olan peşəkar mütəxəssis Murad Əzizov tərəfindən asan və yaddaqalan metodla keçiləcək. Fakültənin yuxarı kurs tələbələri üçün nəzərdə tutulan dərslərin ilk 3 aylıq mərhələsində “Adobe Photoshop”, “Adobe İllustrator”, “Adobe İnDesign” proqramları tədris olunacaq. Təlimlər “Fyüzat” Media Mərkəzi tərəfindən ödənişsiz həyata keçiriləcək.

Bənzər yazılar