Elan üzrə 7 dövlət orqanında mövcud olan 84 vakant vəzifə üzrə 93 yer ümumi müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə 158 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Qida Təhlükəsizliyi Agentliyi, Aparat, Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsi, Regional bölmələr və tabeli qurumlarla iş sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) və Qida Təhlükəsizliyi Agentliyi, Aparat, İnformasiya təminatı və innovativ həllər şöbəsi, İctimaiyyətlə əlaqələr sektoru böyük məsləhətçi (1 vakant yer üzrə 14 namizəd) vəzifələri olmuşdur.

Müsahibələrin 30 oktyabr – 13 dekabr 2019-cu il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Bənzər yazılar