Dərc olunub: 24.10.2019

Oktyabrın 25-də Xəzər Universiteti Təlim və Tədris Mərkəzinin təşkilatçılığı ilə magistr tələbələri üçün növbəti seminar keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Kitabxana-İnformasiya Mərkəzinin rəhbəri Tatyana Zayseva “Kitabxana elektron resurslarına giriş” mövzusunda təqdimatla çıxış edəcək. Seminarda universitetin elektron resursları, elektron kitabxanalara giriş və onlardan necə istifadə etmək haqqında məlumat veriləcək.

Bənzər yazılar