Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının İnformasiya texnologiyaları şöbəsinin müdiri Yusif Abiyev Türkiyənin Qaradəniz Texniki Universitetində 6 ay müddətində araşdırma aparıb.

Mərkəzi Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, tədqiqat coğrafi informasiya sistemləri və məsafədən zondlama texnologiyalarının tətbiqi ilə Samur-Yalama Milli Parkının bitki örtüyünə iqlim dəyişmələrinin təsirini, bu meşələrin karbon və istixana qazlarının tutma potensialının 30 il ərzində dəyişmə dinamikasını əhatə edib. Alim, həmçinin endemik bitkilərin çoxaldılması üçün onların yayılma potensialının olduğu ərazilərin təxmin edilməsi, meşə idarəetməsində tətbiq olunan risk analizləri mövzuları üzrə araşdırma aparıb.

Bənzər yazılar