Oktyabrın 25-də Koreyanın İnha Universitetinin beynəlxalq əlaqələr üzrə dekanı, Dil Hazırlıq Mərkəzinin direktoru, professor Kim Junq Ho Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-dan Mektebgushesi.az -a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov qonağa təmsil etdiyi ali məktəbin tarixi, fəaliyyəti, fakültələri və beynəlxalq əlaqələri haqqında məlumat verib. Qeyd edib ki, AzTU-nun qarşıya qoyduğu əsas vəzifələrdən biri xarici universitetlərlə əlaqə qurmaqdır. Prorektor hər iki universitet arasında ikili diplom layihəsinin vacibliyini vurğulayıb.

Kim Junq Ho təmsil etdiyi ali təhsil müəssisəsinin tədris prosesindən, beynəlxalq əlaqələrindən danışıb. O, AzTU-da yüksəkixtisaslı mühəndis kadrların hazırlanması üçün dünya standartlarına cavab verən şəraitin olduğunu qeyd edib. Koreyalı qonaq AzTU ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.

Görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib və ilkin razılıq əldə olunub.

Bənzər yazılar