Məktəbdənkənar təhsil müəssisələri üçün əmək münasibətlərinin tənzimlənməsi və maliyyə məsələləri haqqında seminar keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan seminarda nazirliyin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər. İki gün davam edən seminarda məktəbdənkənar təhsil müəssisələrində mövcud qanunvericiliyə riayət olunması, müəssisələrə işə qəbul, kadrların yerdəyişməsi, əmək müqaviləsinin bağlanması və xitam verilməsi, işçilərin ezamiyyət və məzuniyyət, əməkhaqlarının ödənilməsi qaydaları və digər mövzularda mütəxəssislər tərəfindən çıxışlar edilib, müzakirələr aparılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Bənzər yazılar