Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə bu il 318 tələbə qəbul olub və onlardan 51 faizi dövlət sifarişi, 49 faizi isə ödənişli əsaslarla təhsil alır.

AzMİU-dan Mektebgushesi.az-a bildirilib ki, bunu rektor Gülçöhrə Məmmədova fakültənin I kurs tələbələri ilə görüşündə söyləyib.

Tələbələrlə görüşlərə önəm verdiyini söyləyən rektor onların problemlərini, təklif və şikayətlərini dinləməyə hazır olduğunu bildirib. O, AzMİU-da tələbə, müəllim və universitet rəhbərliyi arasında münasibətlərin demokratik əsaslarla qurulduğunu qeyd edib. Gülçöhrə Məmmədova bildirib ki, ölkə başçısının son illər gənclər siyasətində əhəmiyyətli islahatları təhsil prosesində də özünü göstərir. Dövlətimiz tərəfindən tələbələrin təqaüdləri artırılır, dövlət sifarişi ilə təhsil almaq imkanları genişləndirilir.

Rektor tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, onlara tələbə həmkarlar və gənclər təşkilatları ilə sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib.

Bənzər yazılar