ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yeni işə qəbul olmuş müəllimlərlə – gənc müəllimlərlə, fənn kabinet müdirləri və qrup rəhbərlərilə görüş keçirilib.

Kollecin rəhbərliyi tərəfindən təşkil olunmuş bu görüşdə gənc müəllimləri yeni işə başlamaları mübasibətilə təbrik edən kollecin direktoru dos.İsrayıl İsgəndərov onlara işlərində uğurlar arzulayaraq gənc nəslin təlim-tərbiyəsində, müasir dərslərin keçirilməsində İKT-dən istifadədə, innovativ, yeni metodlarla keçilən dərslərin əhəmiyyətindən və tədrisin keyfiyyətilə bağlı onların fəaliyyətində təqdim edəcəyi, göstərəcəyi müəllimlik fəaliyyətindən danışdı.Bu fəaliyyətlərində nə zaman ehtiyac olarsa, hər zaman onların yanında olacağını diqqətə çatdırdı.Gənc müəllimlər kollecdə işləmələrindən məmnun olduqlarını nəzərə çatdırdılar və kollecdə sağlam psixoloji, pedaqoji mühitin olmasına görə kollec rəhbərliyinə təşəkkürlərini bildirdilər.


Daha sonra fənn kabinet müdirləri və qrup rəhbərləri fənlərin tədrisində resurslardan istifadə etməklə fənlər üzrə keçirilən dərslərin əhəmiyyətindən danışan kollecin rəhbəri kabinetlərin müasir tələblərə cavab verə biləcək səviyyədə qurulmasından və hər bir tədris olunan fənnin müxtəlif fənlər üzrə resurslardan istifadə olunaraq daha effektiv dərs metodlarından istifadə edərək gələcəyimiz olan gənclərin həyata hazırlanmasında, müəllimlərin işə qəbulu imtahanlarında gələcəkdə göstərəcəkləri nəticələrə əsaslanan, onlara dəstək olan dərslərin keçirilməsini tövsiyə etdi. Burada kabinetlərin nə dərəcədə əhəmiyyətli olduğunu, peşəkar müəllimlərin nə dərəcədə peşəkarlıq səviyyəsini təqdim etməsindən danışdı.
Sonra ümumi təhsil bazasından qəbul olunan tələbələr üçün təyin olunmuş qrup rəhbərləri ilə görüşən kollecin rəhbərliyi qrup rəhbərlərinə xüsusi tapşırıqlar verərək hər qrupda müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrin sosial, psixoloji və s. problemlərinin həllini araşdırmağa, tələbələrə fərdi olaraq yanaşma prinsiplərinə əsaslanaraq onlara xüsusi diqqət və qayğı göstərməyə, bu tələbələrin valideynləri ilə əlaqə saxlamağa, onların kollec həyatında bütün istək və arzularının həyata keçməsində onlara dəstək olmalarını tövsiyə etdi.

Bənzər yazılar