Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına üzv olmaq üçün qeydiyyat prosesi davam edir.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, Assosiasiyaya üzv olmaq istəyən müəllimlər http://qeydiyyat.agma.az linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası 2018-ci il noyabrın 28-də keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında bir gənc müəllimin təşəbbüsü ilə yaradılıb. Hazırda Assosiasiya ölkəmizin 17 bölgəsindən olan müəllimləri əhatə edir.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.

Bənzər yazılar