AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Pərvanə Məmmədli apardığı araşdırmalara görə Beynəlxalq “Avropa Nəşr Mətbuat Evi”nin diplomu və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, eyni zamanda, P.Məmmədli “Gənc Qırğız şeiri antologiyası kitabı”nda etdiyi tərcümələrə görə Qırğızıstan Yazıçılar Birliyinin “Qızıl qələm” fəxri diplomuna layiq görülüb.

Bənzər yazılar