Oktyabrın 31-də Azərbaycan Dillər Universitetində (ADU) bir neçə ölkənin – Qazaxıstan, Belarus, Moldova, Gürcüstan və Azərbaycandan olan tələbə, müəllim, tədqiqatçı və alimlərin iştirakı ilə videokonfrans keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, videokonfransda bu ölkələrin universitetləri ilə canlı bağlantı qurularaq “Tələbə mühazirəsi” təşkil olunub. Konfrans zamanı müəllim və tələbələrin mühazirələri dinlənilib, fikir mübadiləsi aparılıb.

Elmi işlər üzrə prorektor Sevinc Zeynalova üçüncü dəfə təşkil olunan videokonfransın universitetin beynəlxalq əlaqələrinin qurulmasında xüsusi önəm daşıdığını söyləyib.

Bənzər yazılar