Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbin şagirdləri AMEA İnformasiya Texnologiyaları İnstitutunda olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov bu elm müəssisəsi haqqında məlumat verib. Qeyd edib ki, görüşün əsas məqsədi şagirdlərdə elmə marağın artırılmasıdır.

R.Ələkbərov institutun Elmi tədqiqatlar, Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, eləcə də “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi, internet xidmətləri, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarət olduğunu diqqətə çatdırıb.

Şagirdlər, həmçinin institutun Tədris-İnnovasiya Mərkəzi, Elektron Kitabxana Mərkəzi, Multimedia Mərkəzinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları Nəşriyyatının fəaliyyəti və burada 3D-printerin iş prinsipi ilə tanış olublar.

Bənzər yazılar