Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Şirvan şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə 9 Noyabr.”Dövlət Bayragı Günü ” münasibətilə “Bayraqdar İntellektual Oyunu “keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd “Dövlət Bayragı Günü “nün qeyd edilməsi , gənclər arasında vətənpərvərlik , dövlətçilik , milli -mənəvi və ümumbəşəri dəyərlərə hörmət hislərinin aşılanması idi. Bayraqdar   intellektual oyununda kollecin 40 nəfər fəal tələbəsi iştirak edirdi.Tələbələr komandalara ayrıldı ,onlara İntellektual  oyunun hərəkət sxemi verildi.Komandalar Heydər Əliyev meydanında təlimatlandırıldı.

Bir saat yarım müddətində suallarla göstərilmiş obyektlərə getməli orda suallara cavab tapıb bayraq qazanmalı və komanda şəklində heç bir nəqliyyatdan istifadə etmədən meydana gəlməli idilər. Yarışmanın sonunda meydana “Debat “qrupu 1-ci , Tələbə Gənclər Platformasının komandaları 2- ci və 3-cü yer qazandılar.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldılar.

Bənzər yazılar