Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində 9 Noyabr Dövlət bayragı gününə həsr olunmuş “3 rəngli bayragım “adlı breyn – rinq intellektual bilik yarışması keçirilib.

Yarışmanı keçirməkdə məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi ,milli -mənəvi dəyərlərin qorunması ,dövlət rəmzlərinə mənəvi  dəyərin aşılanması idi.3rəngli Dövlət bayragımız qürurla zala gətirildi.Himnin səslənməsi ilə Direktor Balamirzə Məmmədov yarışmanı açıq elan etdi,  tələbələri yarışma münasibətilə təbrik etdi və ugurlar arzuladı. Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova çıxış edərək tədbirin əhəmiyyətindən danışdı.Yarışmanın şərtlərini izah etdi. Breyn -rinq intellektual oyununda  16 komanda iştirak edirdi.Sualları kollecin nümynəvi tələbəsi Araz Ələmov səsləndirdi.

Cavabları Aidə Əsədova ,psixoloq Gülnar  Abdullayeva  və  tələbə Xədicə Cəfərova  hesabladılar. Yarışma 3 mərhələdə keçdi . Hər mərhələdə 10 sual səsləndirildi. Finala 6 komanda çıxdı. 1-ci yeri Alov komandası , 2-ci yeri Kainat komandası , 3-cü yeri Avanqard komandası qazandı.

Münsiflər heyətində kollecin direktoru Balamirzə Məmmədov , şöbə müdiri Nahidə Mikayılova və müəllimlər əyləşmişdi. Qaliblər diplomla mükafatlandırıldılar. Breyn-rinq yüksək əhval -ruhiyyə ilə sona çatdı.

Bənzər yazılar