Lənkəran rayon C.Əzimov adına 2 nömrəli tam orta məktəbində məktəb direktorunun təşəbbüsü ilə sertifikasiyaya hazırlıq məqsədi ilə sınaq imtahanı keçirilib.

Müəllimlərin istəyini nəzərə alaraq, topladığı ballar haqda məlumat yalnız müəllimin özünə təqdim edilib.

Məktəbin direktoru Araz Babayev Mektebgushesi.az -a bildirib ki, 2020-ci ildə baş tutması gözlənilən sertifikasiya prosesinə bütün təhsil işçiləri ciddi yanaşmalıdır, çünki bu təhsil qanununun tələbindən irəli gələn böyük miqyaslı təhsil hadisəsidir. Bəzi fənn müəllimləri üçün keçirdiyimiz imtahan qənaətbəxş sayılır, növbəti həftələrdə digər fənn müəllimələri üçün də sınaq imtahanı təşkil edəcəyik.

Bənzər yazılar