.
Lənkəran rayon Viravul kənd 2 nömrəli tam orta məktəbində müəllimlik fəaliyyətinə bu ildən başlayanlar üçün andiçmə mərasimi keçirilib

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Araz Babayev və təhsil şöbəsinin aparıcı məsləhətçisi Mais Quliyev gənc müəllimlərə sevərək seçdikləri bu peşədə əsl peşəkar olmalarını arzu etdilər. Müəllimlərin işə qəbulu müsabiqəsinin vasitəsi ilə məktəbə yeni təyin edilən Zeynəb Rzayeva və Tarif Məmmədov Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Azərbaycan Respublikasının Konstitusiya kitabına əl basaraq müəllim andını fəxrlə söylədilər.

Andın mətni imzalanaraq müəllimlərin şəxsi işində saxlanılması üçün təhvil verildi.

Bənzər yazılar