HÖRMƏTLI VALIDEYNLƏR! BAKIDA ABŞ-IN “USAİD” AGENTLIYININ TƏŞKILATÇILIĞI ILƏ UŞAQLARIN KREATİV İNKİŞAFINA DƏSTƏK VERƏN İNNOVATİV XARAKTELİ KURSLAR AÇILMIŞDIR. “TRİZ METODİKA – İNNOVATİV UŞAQ KLUBU” ADLI KLUBUN MİSSİYASI UŞAQLARDA QEYRİ-STANDART, İNNOVATİV DÜŞÜNCƏNİ İNKİŞAF ETDİRMƏKDİR. BU KURSLAR “TRİZ PEDAQOGİKA” VƏ ” EMOSİONAL İNTELLEKT” İSTİQAMƏTLİDİR. BUNDAN ƏLAVƏ “UŞAQLARIN ÜMUMİ İNKİŞAFI” VƏ “MƏKTƏBƏ HAZIRLIQ” KURSLARI DA FƏALIYYƏT GÖSTƏRIR.

Kurslar əsasən 3-8 yaşlı uşaqları əhatə edəcəkdir. Valideynin istəyindən asılı olaraq böyük yaş qrupları da ola bilər. Kurslarda uşaqlara 21-ci əsrin əsas səriştələri olan kreativlik, yaradıcı təfəkkür, emosiyaların idarə edilməsi kimi mühüm bacarıq və vərdişlər aşılanacaqdır. Belə kurslar dünyanın bir çox ölkələrində çox geniş yayılmışdır.

TRİZ PEDAQOGİKA NƏDİR? TRİZ PEDAQOGİKA 80-cı illərdə formalaşmış elmi pedaqoji istiqamətdir. Onun əsasını G.S.Asltşullerin yaratdığı TRİZ nəzəriyyəsi təşkil edir. Bu gün dünyada çox geniş tətbiq edilən bu nəzəriyyə 50 il əvvəl Bakı şəhərində yaradılmışdır. TRİZ PEDAQOGİKA-nın məqsədi müxtəlif fəaliyyət sahələrindən olan mürəkkəb problemlərin həllinə imkan verə bilən güclü təfəkkür formalaşdırmaq, yaradıcı şəxsiyyət tərbiyə etməkdir. Bu işə erkən yaşlardan başlamaq lazımdır. Problemli təlim vasitələrindən fərqli olaraq TRİZ dünya təcrübəsində mövcud olan ixtira məsələlərinin həll metodlarını ümumiləşdirərək, güclü metodologiya və alqoritmlər yaratmışdır. Dünyanın bir çox ölkələrinin təhsil müəssisələrində (uşaq bağçasından başlayaraq universitetlərə qədər) – TRİZ tədris edilir. Biz də Bakı şəhərinin kiçik yaşlı uşaqlarına TRİZ-i öyrətmək istəyirik .

EMOSIONAL INTELLEKT NƏDİR? Emosional (sosial, ictimai) intellekt (Eİ) insanın emosiyalarını, özünün və başqalarının məqsəd, motiv və istəyini dərk etməsi, praktik məsələlərin həlli məqsədi ilə özünün və ətrafındakıların emosiyalarını idarə etməsidir. Eİ çevik vərdişlərə aiddir. İntellektual testlər çox vaxt insanın həyatda və karyerada yüksəlişini düzgün poqnozlaşdıra bilmir, buna reaksiya olaraq Eİ anlayışı yaranmışdır. Eİ izah edir ki, uğurlu insanlar digərləri ilə emosional əlaqələr əsasında səmərəli münasibətlər qurur, öz emosiyalarını effektiv idarə edir, amma ənənəvi intellekt anlayışı bu aspektləri nəzərə almır və İQ testlər bu qabiliyyətləri qiymətləndirə bilmir.

Ünvan: Bakı ş, Ceyhun Hacıbəyli 28 C (Dədə Qorqud parkının yaxınlığı).

Əlaqə nömrəsi: 055-813-07-77, e-mail: infotrizkids@gmail.com

Bənzər yazılar