Dərc olunub: 25.11.2019

“Yeni tədris ilinə yeni beynəlxalq nailiyyətlərlə ( GÜMÜŞ medalla) başladıq!!!”.

Mektebgushesi.az.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev öz “facebook” hesabında yazıb.

“20-24 noyabr 2019 cu il tarixində Bolqarıstanın Shumen şəhərində İnformatika üzrə Beynəlxlaq Payız Turniri ( İnternational Autumn Tournament in İnformatics) keçirilmişdir. Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukraina və daha bir neçə ölkənin iştirak etdiyi olimpiadada Azərbaycan məktəbliləri də iştirak etmiş və Gəncə şəhəri 15 nömrəli məktəbin şagirdi Əziz Hüseynov GÜMÜŞ medala layiq görülmüşdür”,- deyə F.Qarayev qeyd edib.(Azedu.az)

Bənzər yazılar