Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 26-28 noyabr tarixlərində Norveçin Stavanger Universitetində keçirilən “EduInd 4.0 Project – Eurasia 2019-2021” layihəsinin ilk seminarında iştirak edib.

Seminarda ADNSU-nu Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Neft-qaz mədən mühəndisliyi kafedrasının müdiri Tülparxan Salavatov və Beynəlxalq Əməkdaşlıq şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva təmsil ediblər.

Görüş çərçivəsində nəzərdə tutulan işlər, yay məktəbi, müəllim və tələbələr üçün təcrübə proqramları və həmçinin tələbə mübadiləsinə dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, “EduInd 4.0 Project – Eurasia 2019-2021” layihəsi Norveç Krallığı və DİKU – Ali təhsildə Beynəlxalq Əməkdaşlıq üzrə Norveç Mərkəzi tərəfindən təşkil edilib. Layihənin bağlanış mərasiminin isə 2021-ci ildə ADNSU-da keçirilməsi nəzərdə tutulub

 02/12/2019

Bənzər yazılar