Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı şəhəri 246 nömrəli məktəb-liseydə “Sağlam qida” sərgisi təşkil olunub.

Nazirlikdən Mektebgushesi.az -a bildiriblər ki, sərgi çərçivəsində “Sağlam təhsil” sinifləri şagirdlərinin hazırladıqları sağlam qidanın təbliğini əks etdirən stendlər təqdim olunub.

Həmçinin 4-cü sinif “Sağlam təhsil” şagirdlərinin iştirakı ilə yarış keçirilib. Yarış müddətində komandalar sağlamlığa xeyirli, az kalorili yeməklər hazırlayıblar. Hazırlanan yeməklər gigiyena normalarına, gözəllik və səliqə, ləziz, kreativ yanaşma meyarlarına görə münsiflər tərəfindən qiymətləndirilib.

Yekunda Bakı şəhəri 246 və 83 nömrəli məktəb-liseylərin, 322 nömrəli tam orta məktəbin “Sağlam təhsil” siniflərinin şagirdlərindən ibarət komandalar qalib seçilib.

“Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində keçirilən “Sağlam qida” yarışının məqsədi şagirdlər arasında düzgün qida mədəniyyəti, sağlam həyat tərzinin və fiziki fəallığın artırılmasının təbliğidir.

Bənzər yazılar