Müəllim yeganə şəxsiyyətdir ki,cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir.”

Ümummilli lider Heydər Əliyev

Hüseynov Tural Valeh oğlu, 01 dekabr 1983-cü ildə Biləsuvar rayonunda ziyalı ailədə anadan olub.1990 – 2001 – ci illərdə Biləsuvar rayon N. Gəncəvi adına 1 saylı tam orta məkəbini, 2001 – 2005 – ci illərdə Lənkəran Dövlət Universitetinin Pedaqoji fakültənin fransız dili və ədəbiyyat ixtisasını bitirib. 2005 – 2006 – cı illərdə həqiqi hərbi xidmətdə olmub. 2006 – 2014 ci illərdə Biləsuvar rayon Çaylı kənd tam orta məktəbində fransız dili müəllimi və direktor müavini işləyib.  2014 – cü ildən  Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbində fransız dili müəllimi və direktor müavini işləyir. 2010 – cu ildə nəşr olunan “Fransız dili ” adlı qramatik vəsaitinin, 2016 – cı ildə isə nəşr olunan “Le français” adlı test vəsitinin müəllifidir. 2014 – cü ildə “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” proqramı çərçivəsində “Sertifikat”, 2018 – ci ildə Gənc mütaliəçilər klubu layihəsi çərçivəsində “Təşəkkürnamə” alıb.

Aztehsil.com sayıtında “Məktəb təlim tərbiyə oçağıdır” və “Ömür boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən Azərbaycan müəllimi” adlı məqalələri dərc olunub.
Facebook sosial şəbəkəsində təhsil qrupu olan  ” AZƏRBAYCAN MÜƏLLİMİ” adlı qrupun yaradıb.  

Bənzər yazılar