Hətəmi Bahar Bijan qızı 1981-ci il 31 dekabr tarixində Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir.

Əhmədli qəsəbəsi 249 nömrəli tam orta məktəbi yaxşı qiymətlərlə bitirib N.TUSİ adına ADPU ibtidai təhsil pedoqogikası və metodikası fakultəsinə daxil olmuşdur. 2005 – ci ildə həmin Universiteti bitirdikdən sonra uzun müddət müəyyən səbəblərdən pedaqoji fəaliyyətdən uzaq qalmışdır. Lakin 2015 – ci ildə MİQ müsabiqəsindən uğurla keçib, Əmircan qəsəbəsi 97 nömrəli orta məktəbdə müəllim fəaliyyətinə başlamışdır. Çox üzün müddət keçməsinə baxmayaraq işinə sevgi ilə yanaşması müəllimə elə ilk dövrlərdən rəhbər heyətinin, şagirdlərin və valideynlərin hörmətini qazandırmışdır. İlk vaxtlardan könüllü olaraq kurslara qatılıb, uğur sertifikatları ilə təhsilini zənginləşdirmişdir. 2016-cı ildə Əmircan qəsəbəsindən Hövsana köçən müəllim iş yerin də dəyişib Hövsan qəsəbəsində 118 nömrəli tam orta məktəb də öz fəaliyyətini davam etdirməyə başlamışdır. Yeni məktəbdə də uğur qazanmaq müəllim üçün çətin olmayib. Unudulmaz tədbirləri və nümunəvi açıq dərsləri ilə yadda qalmışdır. Xoş xasiyyəti, mehriban rəftarı, özünəməxsus yeni metodikası təhsilə individual yanaşması ilə burada da ətrafdakıların rəğbətini qazanmışdır. İKT və prometan lövhəsinin tətbiqi ilə daha mükəmməl dərslər verməyi, şagirdlərin dərsi asan qavramasına səbəb olmuşdur. Öz peşəsinə vicdanla və sədaqətlə yanaşdığına görə dəfələrlə məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Bununla yanaşi müəllim şagirdlərinin kiçik yaşlarda olmasını həmişə diqqətindən qaçirmayib.Onlarin millətə vətənə layiqli vətəndaş olması üçün təhsildən daha artığını eləməyə çalışmışdır.Bunun nəticəsidir ki , Bahar müəllimin sinifi həmişə nəinki öz təhsili ilə öz tərbiyəsi və vətənpərvərlik ruhu ilə məktəb də seçilmişdir. Qeyd edilənlər müəllimin uğurlarının kiçik bir hissəsidir. Uğurlarının əsas səbəbləri isə şagirdlər arasında debatların, müsabiqələrin, yarışmaların, tədbirlərin tez – tez təşkil olunmasıdır. Bahar müəllim sizə Azərbaycan Təhsili səhifəsinin rəhbərliyi adından uğurlar arzulayırıq !

Bənzər yazılar