Bu gün Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri Heydər Əliyev mərkəzində “Beynəlxalq Könüllülər Günü”nə həsr edilmiş  tədbirdə iştirak etdilər.

Kollecin Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədova ,Sevda Həsənova və Heydər Əliyev mərkəzinin direktoru Aynur Baxşıyevanın birgə təşkilatçılıgı ilə keçirilən tədbirdə Kollec tələbələri ,Gənclər mərkəzinin Könüllüləri ,şəhər gəncləri iştirak edirdilər.Mərkəzin direktoru Aynur xanım çıxış edərək “Beynəlxalq Könüllülər Günü “barəsində  ətraflı məlumat verdi.Bildirdi ki, Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahını daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət hesab olunur.

1985 – ci ildə iqtisadi və sosial inkişaf naminə hər il 5 dekabr BMT -nin Baş Məclisi tərəfindən “Beynəlxalq Könüllülər Günü “kimi qeyd edilməsi təklif olunub və həmin tarixdən  bu gün qeyd olunur.Könüllülük bu gün milyonlarla insanın insanın şəxsi və karyera inkişafına imkan yaradır . BMT , UNESCO ,Avropa Şurası və digər beynəlxalq qurumlar tərəfindən könüllülüklə baglı xüsusi layihə və proqramlar həyata keçirilir və maliyyələşdirilir.Müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin  hakimiyyətə qayıdışından sonra başlayıb.Son illərdə ölkəmizin ev sahibliyi etdiyi “Eurovision -2012 “mahnı müsabiqəsi 2015 -ci il birinci Avropa oyunları , 2017 -ci 4-cü İslam Həmrəyliyi  Oyunları ,”Formula-1 “və digər mötəbər tədbirlərə on minlərlə könüllü cəlb olundu. Bununla da Azərbaycanın təcrübəli, könüllü bazası formalaşdı.”Azərbaycan Könüllülük Xidməti “Avropa Könüllülük xidmətinin Azərbaycan modelidir. Aynur xanımın çıxışı alqışlarla qarşılandı. Tədbirdə bir neçə könüllü çıxış etdi. Sonra söz kollecin fəal tələbəsi İşarə dili üzrə mütəxəssis Şəbnəm İbrahimovaya verildi . O çıxış edərək qeyd etdi  ki , mən “Şirvan Gənclər Evi “ndə könüllüyəm.Hal -hazırda 50 nəfərdən çox gənc aktiv könüllü olaraq fəaliyyət göstərir.Könüllülərin dünyagörüşünün inkişafı ,dil öyrənməsi, məntiqi biliklərinin artırılması üçün bir sıra seminarlar və təlimlər təşkil olunur. Biz gənclər könüllü olaraq həm çalışırıq , həm öyrənib inkişaf edirik həm də gələcəyimizi qururuq.Əslində hər bir insan öz həyatının  könüllüsüdür.Şəbnəm çıxışını bitirdikdən sonra Azərbaycan könüllülərinin fəaliyyətini əks etdirən videorolikə baxış keçirildi.Tələbələr Heydər Əliyev  mərkəzində olan eksponatlarla tanış oldular.

Tərbiyə işləri üzrə direktor müavini, Aidə Əsədova

Bənzər yazılar