Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, Xəbərlər.az saytının təsisçisi və baş redaktoru Osman Gündüzün dəvəti ilə “Eleven Kings” futbol oyununun platformasının yaradıcısı Orxan Rzayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşü təşkil olunub.

Tələbələrin marağına səbəb olan görüşdə Orxan Rzayev “Eleven kings” oyunu haqqında maraqlı məlumatları və “Sosial media”da qazandığı təcrübələrini tələbələrlə bölüşərək onlara bu sahə ilə bağlı məsləhətlər verib, tələbələrin suallarını cavablandırıb. Görüş səmimi və maraqlı diskusiya şəraitində kecib. Suallara maraqla cavab verən qonaq bütün auditoriyanın rəğbətini qazanıb.

Məryəm Nəbiyeva

Bənzər yazılar