Əsl ziyalı, əsl vətəndaş, əsl insan  Hər kəsin doğulduğu, boya-başa çatdığı yer çox əzizdir.

O yerə əlimiz çatmadıqda isə ora daha əziz olur. Çünki biz insanlar itirdiklərimizin dəyərini ən çox sonradan bilirik. Mənə belə gəlir ki, bu yazı  öz yurd yerinin həsrətini çəkən insanlar üçün, xüsusilə Şirməmməd müəllim  üçün gərəkli olacaq.Bağlar arasında cığırla, izlə, Məktəbə getdiyin illər olaydı. Sıxıla-sıxıla bir qaragözlə, O söhbət etdiyin günlər olaydı. Respublikamızda elə görkəmli ziyalı müəllimlər  var ki, onlar haqqında müsbət mənada fikir söyləyərkən, insan heç bir çətinlik çəkmir. Dəyərli ziaylı müəllim Şirməmməd Həsənov 26 dekabr 1962-ci ildə Yardımlı rayonunun Separadi kəndində anadan olmuşdur. İlk təhsilini Separadi kənd səkkizillik məktəbində almışdır.8-ci sinifi bitirdikdən sonra  doqquz və onuncu sinifləri Yolocaq kənd orta məktəbində davam etdirmişdir .

Orta məktəbi əla qiymətlərlə başa vurmuş və 1980-ci ildə sənədlərini APİ-yə verərək “Umumi texniki fənnlər” fakultəsinə daxil olmuşdur. Universitetdə oxuyan müddətdə sinif nümayəndəsi  olmuş, universitetin ictimai işlərinsə fəal iştieak etmiş və universitetin müəllim və tələbə kollektivinin hörmətini qazanmışdır. Təhsil aldığı müddətdə universitetin rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmana layiq görülmüşdür. Universitetdə  ” İstedadlılar axtarıram”  müsabiqəsinin qalibi olmuş və “Xoş gördük tələbə” verlişinin daimi iştirakçısı olmuşdur. Tələbələrlə şairlərin görüşündən və universitetdə keçirilən tədbirlərdən sonra “Rahab” instrumental ansamblının solisti kimi konsertlərdə manhılarımız və muğamlarımızla çıxış etmişdir. Universiteti 1984-cü ildə fərqlənmə diplomu ilə bitirərək  Yardımlı rayonunun Yolocaq kəndində ixtisası üzrə müəllim təyin olunmuşdur. İşlədiyi müddətdə müəllim şagird və kənd ictimaiyyətinin hörmətini qazanmışdır. 1990-cı ilin sentyabrında ailəsi ilə birlikdə Masallı rayonuna köçmüş və Masallı rayon 2 saylı Şıxlar ümumi orta məktəbində direktor müavini təyin olunmuşdur. YAP-ın ilk üvzlərindən biridir. 2010-cu ilin fevral ayından Şıxlar umimi orta məktəbin direktorudur.

Şirməmməd müəllimin təşkilatçılığıyla Şıxlar kəndinin avtomabil yolları yendidən salınmışdır.Bu işdə Xeyirxah Şıxlar kənd camahatının dəstəyidə böyük olmüşdur.Ailəlidir. İki qızı bir oğlu vardır. Övladlarıda ailəlidir. Allah uzun ömür can saglıg versin dəyərli ziyalı müəllim .


Mərhəmət Lələyev

Bənzər yazılar