Masallı Rayon İcra Hakimiyətinin, Masallı Rayon Təhsil Şöbəsinin, N.Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin, “Masallının Səsi” İçtmai-siyasi- İnternet qəzetinin birgə təşkilatçılığı ilə, Masallı Dövlət Regional Kollecinin tələbələri, Nərmian Nərimanov adına şəhər 2 saylı və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin müəllim və şagird heyəti Ulu Öndər Heydər Əliyevin anım günü ilə baglı Biləsuvar rayonuna səfər etmişlər.

İlk öncə Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyinə ekskursiya edən tələbələr və şagirdlər qəhrəmanın atası Hacı Ağakərim kişiylə və Şamama xanımla görüşmüşlər. Şəhər 2 saylı orta məktəbin sagirdləri və Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin sagirdələri “Tarixdə əbədi qaldi Mübariz” adlı kicik kompozisiya ilə çıxış etmişlər. Masallı Xalq Teatrının baş rejissoru Cəmaləddin Əliyev Mübariz İbarahimovun keçdiyi həyat yolundan bəhs etmişdir. Daha sonra Biləsuvar rayon Ağəlikənd tam orta məktəbində teatrın kollektivi  “Biz Heydər babanın nəvələriyik”  adlı ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.

Tədbirin sonunda Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Masallı rayon İcra Hakimiyyətinə, Masallı rayon Təhsil Şöbəsinə, Şəhər 2 saylı tam orta məktəbin direktoru Mehriban Əzizovaya, Biləsuvar rayon İcra Hakimiyyətinə və Ağəlikənd  tam orta məktəbinin bütün kollektivinə dərin təşəkkürünü bildirmişdir. Daha sonra Tədbirin təşkilatçısı Baş praduseri  “Masallının səsi”  ictimai-siyasi-internet qəzetinin baş redaktoru Mərhəmət Lələyev ilk öncə bütün Biləsuvarlılara və Rayon İcra Hakimiyyətinə və Təhsil Şöbəsinə təşəkkürünü bildirərək Ağəlikənd tam orta məktəbinə dostluq rəmzi olaraq xatirə kitablar hədiyyə etmisdir sonda xatirə şəkilləri çəkilmişdir.

Bənzər yazılar