Bakı şəhəri, Xəzər rayonu Fuad Fərhatoğlu adına 230 saylı tam orta məktəbdə “Əlvida qızıl payızım” adlı tədbir keçirilib.

Tədbirdə 3c sinif şagirdləri payız fəslinin ümumi xüsusiyyətləri haqqında bilgilər verib, şeirlər və mahnılar səsləndiriblər. Tədbirin idea müəllifi və təşkilatçısı Sevinc Səfərova çıxış edərək bildirib ki, şagirdlərimiz tək payız fəslində deyil, ilin bütün fəsillərində elm axtarışında olmalı, mütaliə etməli, tədqiqat aparmaq vərdişlərinə yiyələnməlidir.”

Daha sonra sözü həmin məktəbin direktoru Tamilla xanıma verib. Tamilla xanım çıxışında belə maarifləndirici tədbirlərin hər zaman şagirdlərin maraq dairəsində olduğunu qeyd edərək, Sevinc xanıma və şagirdlərə təşəkkürünü bildirib.

Tədbir şagirdlərin hazırladığı milli rəqslər və qızıl payız mövzusunda sərgilərin təqdimatı ilə başa çatıb.

Bənzər yazılar