Xatın Həsənova 28 dekabr 1995-ci il tarixində Ağcabədidə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.

Son 6 ilə yaxın Bakı şəhərində yaşayıb. Bu il MİQ imtahanında 56 bal toplayıb və müəllim kimi iş yeri olaraq Quba rayonunun Əlik kəndini seçib. Hazırda həmin kənddə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

– MİQ imtahanı çox asan keçdi. İmtahanlara necə hazırlaşmağıma gəlincə, düşünürəm ki, heç bir kursa ehtiyac yoxdur. Həm ixtisas, həm də metodika və məntiqdən evdə məsuliyyətlə hazırlaşmaqla yüksək bal yığmaq mümkündür. Bir şeyi də qeyd edim ki, imtahana may ayından hazırlaşmışdım, ancaq müəllim həmkarlarım indidən hazırlaşsalar, daha yüksək bal yığa bilərlər. Ucqar kənd məktəbini seçməyim isə öz arzum olub. Aran ərazidə böyüdüyüm üçün dağ həyatı, insanları və orada təhsil alan uşaqların təhsili məni daim maraqlandırırdı. Şəhər və adi kənd məktəblərində uşaqların təhsili üçün hər bir imkanları olsa da, dağ məktəblərində belə deyil.

Təyinat aldığım kəndin əhalisi, həm də müəllim kollektivi məni hörmətlə qarşıladılar. Olduqca mehriban insanlardır. Müəllim uşağın ikinci valideynidir. Uşağın tərbiyəli, savadlı böyüməsində müəllimin rolu böyükdür.

Bənzər yazılar