Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano Bakı Dövlət Universiteitində (BDU) təcrübə keçir.

Ryota Kitano 30 noyabr-25 dekabr 2019-cu il tarixlərində Universitetin Fizika Problemləri ETİ-də yeni materialların optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması ilə məşğul olacaq. Təcrübə müddətində zona quruluşunun hesablanması istiqamətində olan işlər həm BDU-nun Fizika Problemləri ETİ-nin əməkdaşları, həm də AMEA Fizika İnstitutunun əməkdaşları ilə birgə yerinə yetiriləcək.

Bənzər yazılar