Heç bir zaman ədəbiyyatsız yaşamıyan !

 İstedadlı gənc, jurnalist, prodüser Mərhəmət Lələyev –  Gənc yazar. 

Mərhəmət  erkən yaşlarından bədii yaradıcılıqla məşğuldur. Bir neçə şeirləri gənc yaşlarından dövri mətbuatda işıqlandırılıb. Hal-hazırda bu sahədə fəaliyyətini davam etdirir. Bir neçə uğurlara imza atan gənc qələm dostumuza yaradıcılığında və gələcək həyatında uğurlar arzulayıram.
Müasir dövrümüzdə Respublikamızın mədəni həyatında hər zaman yenilikləri ilə inkişaf edən, incəsənət sahəsində daima bir sıra yeniliklərə imza atan gənclər gündən-günə artaraq üstünlük təşkil edir. Bu istedadlı gənclər sırasında – öz hərtərəfli bacarığına, çoxşaxəli və fəal yaradıcılığına görə fərqlənən gənc İstedadlı Jurnalist praduser Mərhəmət Lələyevin  adını çəkmək heç də təsadüfi olmazdı. Onu öz həmyaşıdlarından fərqləndirən əsas cəhət ilk  oncə. Kiçik yaşlarından başlayaraq müntəzəm musiqi savadına yiyələnməsi ilə peşəkar səviyyəli əsərlər yazması və sevilməsi oldu.

İstedad Allahın bir vergisidir. Ancaq bu istedadın üzə çıxarılması və istiqamətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu gün Respublikamızda istedadlı gənclərin üzə çıxarılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, onların istedadının dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır.  Bu yazımızda da həmin istedadlı gənclərdən birini  Mərhəmət Lələyevi  oxucularımızla daha yaxından tanış edəcəyik. Lələyev Mərhəmət Ataxan oğlu 1997-ci il fevarlın 1-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1998-ci ildə valdeyinləriylə   birlikdə Masallı rayonunda yaşamağa başlamışdir .
Uşaq yaşlarından musiqiyə, incəsəntə , aktyorluğa böyük həvəsi olub. 2003-cü ildə Masallı şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2007-ci ildə rayonda keçirilən ingilis dili yarışmasında 1-ci yeri tutub, diplom və fəxri fərmanla təltif edilib. 2009-cu ildə Masallı rayon Uşaq İncəsənət məktəbinin xalq çalğı alətlərinin tar şöbəsinə və muğam şöbəsinə daxil olub və təhsil almağa başlayıb. Gözəl səsi var və piano və  tarda yaxşı ifa edir.
Təhsil illərində bütün rayon tədbirlərində yaxından iştirak edib. 2013-cü ildə hər iki məktəbin məzunu olur. 2014-cü ildə Yeni Azərbaycan Partiyası Masallı rayon Təşkilatının üzvü olub. YAP- fəal üzvlərindəndir. 
2014-cü ilin mart ayında N. Gəncəvi adına Masallı rayon Mədəniyyət mərkəzinə dəvət alır və Masallı Xalq Teatrında aktyor kimi fəaliyyət göstərməyə başlayır.
2015-ci il martın 31-də Xocali soyqırımına həsr olunmuş “Xocalıdan gələn səslər” adlı tamaşasında komandir obrazını yaratdığına görə və həmin tamaşaya qurluş verdiyinə görə  N. Gəncəvi adına Masallı rayon  Mədəniyyət Mərkəzinin direktoru Vəkil İsmayılov tərəfindən diplomla təltif edilib. 20  dən çox səhnə əsərinə quruluş vermişdir.
2015-ci ildən tamaşalarda iştirak edir və qastrol səfərlərində olur. Oynadığı rollar: yazıçı N. Ədiloğlunun “Şəhidlər anası” tamşasında əsgər, H.M.İ.Hüseynzadənin “Xocalıdan gələn səslər” tamaşasında komandir, “Kəlbəcərin işğalı” tamaşasına isə quruluş verib. Milli qəhrəman Mübariz İbrahimova həsr olunmuş “Ölümümə inanma , ana” adlı tamaşaya quruluş verib və tədbiri yüksək səviyyədə hazırladığına görə Masallı Rayon Təhsil Şöbəsi tərəfindən diplomla təltif olunub.
2016-ci ildə N. Ədiloğlunun “Şəhidlər anası” tamşası 4-cü teatr mövsümü festivalına dəvət alır və Masallı Xalq Teatrının aktyor heyəti Akademik Musiqili Dövlət Dram Teatrının səhnəsində Nurəddin Ədiloğlunun “Şəhidlər anası” pyesilə çıxış edirlər və bu tamaşa 4-cü teatır mövsümündə 1-ci yerə laiq görülür .
   Yeni il və Novruz bayramlarında    Lənkaranda kimsəsiz uşaqlar evində   Yeni il proqramı hazırlayır ve kimsəsiz uşaqlar üçün konsert proqramı təşkil edir. Novruz ve Yeni il bayramlarında müxtəlif rayonlarda hərbi hissələrdə əsgərlər qarşısında çıxış edib ve konsert proqramı təşkil etmişdir.
2017-ci il 1 fervral –Azərbaycan Gənclər Günündə Masallı Regional Mədəniyyət ve Turizim mərkəzində keçirilən Gənclər Günündə Masallı Rayon Müharibə Əmək ve Silahlı Qüvvələr Veteranları Təşkilatı sədri, ehtiyatda olan polkovnik Məmmədağa Şiriyev tərəfindən gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyəsi sahəsindəki fəaliyətinə və Azərbaycan Gənclər Günündə anadan olmasının 20 illiyi münasibətilə fəxri fərmanla təltif edilib.
“Dost”, “Ay gidi dünya”, “Məhəbbət”, “Sən gəlin köçəndə”, “Qarabağ”  “Masallı”, “Ata”,”Ana”, “Əzizim”, “Dogma vətən”, “Venera”  və s. şerlərinin müəllifidir.   Hazırda “Yeni həyat” qəzetində müxtəlif yazıları dərc olunur ve həmin qəzetdə  jurnalist kimi fealiyyət göstərir. “Cənub xəbərləri” qəzetində fotomüxbir kimi fəaliyyət göstərir. 2018-ci ildən başlayaraq Masallının keçmiş tarixi, gələcəyi və rayonun tanınmış şairləri və alimləri haqqında video materiallar hazırlayır. 2020-ci ildə   dekabır ayında   təqdimatı olacaqdır.
 Film sahəsində ilk layihəsi doğulduğu Hişkədərə kəndində “Doğma diyarımız- Hişkədərə” adlı sənədli filmi olub. 15 mart 2019-cu il tarixində Elşad Ağayev adına Masallı Rayon Hişkədərə kənd orta məktəbində “Doğma diyarımız- Hişkədərə” adlı sənədli filmin təqdimatı olub. Filmdə Hişkədərə kəndinin tarixi, mədəniyyəti, keçmişi və bu gününü əks etdirilib.Filmin sponsoru layihə rəhbəri Mərhəmət Lələyev olmuşdur.
 2019-cu ildən Masallı rayon ziyalılar ictimaiyi birliyi və Masallı rayon Ağsaqqalar  şurasının uzvudur.Hal-hazırda “Azərbaycanın Səsi” İctimai Birliyinin “Gənclərlə Vətənpərvərlik və Vətəndaşlıq Tərbiyəsi Sektoru”nun sədri Emtv az  saytının cənub bölgəsi üzrə bölgə müxbiri,Asiya az  informasiya agentliyin  cənub bölgəsi üzrə müxbiri,Masallının Səsi İctimai-siyasi internet qəzetini  Baş redaktoru,  Masallı Regional Mədəniyyət və Turizim idarəsinin Masallı Xalq Teatrının baş prodüseridir. Aşıb- daşan bu uğurlarla gənc  istedadlı dostumuzu uğurlarına gorə  təbrik edir, fəaliyyətini bu yüksəlişlə davamını gözləyib, ona bundan da yüksək nəaliyyətlər arzu edirik. !


Elnur Əliyev

Bənzər yazılar