Cari ilin 3-11 dekabr tarixlərində Qəbələ, Bakı  və Şamaxı şəhərlərində  Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə  “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən “Sahibkarlığa doğru addımlar” layihəsi həyata keçirilmişdir.

         Layihənin məqsədi fərdi biznes fəaliyyətinə maraq göstərən gənclərin sahibkarlıq biliklərinin artırılmasına həvəsləndirilməsi, gənc sahibkarların biznesin təşkili və idarə edilməsi bacarıqlarına yiyələnməsi, bu səhədə yerli və beynəlxalq iş təcrübəsi ilə tanış olması, onların etibarlı biznes tərəfdaşlar tapmalarına köməklik edilməsi, topladıqları bacarıqların real həyatda tətbiq olunmasına şərait yaradılmasından  ibarət olmuşdur.
          Layihə rəhbəri Tural Rəhimli təmsil etdiyi qurum adından layihənin aktuallığı və  məqsədlərindən danışmış, iştirakçıları layihə çərçivəsində əldə edəcəkləri bilik və bacarıqlar haqqında məlumatlandırmışdır. Daha sonra iştirakçılar təlimçi, sahibkar Elvin Dadaşsoyun təqdimatında sahibkarlıqda ilkin addımlar və biznes  ideyaların yaranması məsələlərini əhatə edən təlimdə iştirak etmişlər.
           Layihənin ikinci günü təlim  bazar araşdırması, 4P konsepti, SWOT analizi, işlərin planlanması, işçilərin seçilməsi mövzuları ilə  davam etmişdir. Təlim ərzində iştirakçıların sahibkarlıqla bağlı ideaları dinlənmiş, çoxsaylı sualları cavablandırılmışdır.     Sonda iştirakçılara sertifikatlar verilmişdir.
Layihə çərçivəsində 100-dən çox gəncin iştirakı təmin edilmişdir.

Bənzər yazılar