“Müəllimlərimizi tanıyaq” rubrikasında sizə tanınmış, maraqlı və fərqli tədris metodlarının müəllifi universitet və orta məktəb müəllimləri ilə sizi tanış edirik.

 Bu dəfə rubrikamızın qonağı Bakı Slavyan universitetinin Xarici dillər kafedrasının müəlimi, ingilis dili mütəxəsisi, tələbələrinin sevimlisi Quliyeva Leyla Gəncivan qızıdır. L.Quliyeva 2008 -ci ildən BSU-da əmək fəaliyyətinə başlayıb.  Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil problemləri İnstitutunun elmi işçisi, baş elmi işçisi, doktorantı (Ümumi pedaqogika, pedaqogikanin və təhsilin tarixi) olmuşdur. 2013-cü ildən Bakı Slavyan Univeristetinde  Xarici dillər kafedrasının müdir müavini və müəllimi kimi fəaliyyətinə davam  edərək Respublikamızın bölgələrində və Azərbaycandan kənarda müxtəlif seminar və konfranslarda iştirak etmişdir.

Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətər regionşünaslıq və jurnalistika fakültəsinin Elmi Şurasının üzvüdür. Azərbaycan Respublikası üzrə “Mükəmməl Pedaqoq” layihəsinin iştirakçısı, Azərbaycan Respublikası İngilis dili Müəllimlər Birliyinin üzvüdür.

İnteraktiv texnologiyalarla tədris üzrə beynəlxalq sertfikatın sahibi olan L.Quliyeva Azərbaycan Təhsil Nazirliyinin təşkil etdiyi  “Ümumi təhsildə kurikulum islahatı və onun idarə olunması”, “Məktəb və uşağın Dostu” layihəsinin iştirakçısı, fənn kurikulumları  üzrə kordinatoru olmuşdur.  Erasmus + PETRA layihəsi üzrə  Türkiyənin  Gazi Universitetində Azərbaycan universitetlərinin müəllimləri üçün təşkil olunmuş təhsil layihəsinin iştirakçısı olmuşdur. 

2019- ci il aprelin 10-da Bakı Slavyan Universitetində “İkidilliyin effektləri” mövzusunda seminar keçirmiş,  bilinqvizm (iki dillilik) və qiymətləndirmə üzrə 15 dən çox elmi məqalənin müəllifidir.

 BSU Pedagoji fakültəsinin Rus dili müəllimləri ixtisası üzrə bakalavr təhsil alanlar ingilis dili, Məktəbəqədər təlim və tərbiyə ixtisasi üzrə ingilis dili, Təhsildə sosial psixoloji xidmət ixtisasında ingilis dili tədris programın müəllifidir.

Bənzər yazılar