Ağdaş rayon Ovculu kənd ümumi orta məktəbin müəllimi Aygün Əhmədovanın təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək! ” adlı dəyirmi masa keçirilmişdir.

Tədbirdə məktəbin VIII və IX sinif şagirdləri iştirak etmişlər. Şagirdlərə zərərli vərdişlər haqqında məlumat verilib. Çıxış edənlər bildiriblər ki, zərərli vərdişlər, asılılıqlar, aludəçiliklər insan beynində yara kimidir. Onların müalicəsi aparılmadıqca, o yara sağaldılmadıqca hansısa qabaqlayıcı hərəkətlər zərərli vərdişlərin tərgidilməsinə səbəb ola bilməz. Şagirdlərə bir daha aydın olub ki, bu vərdişlər insan sağlamlığı üçün təhlükəlidir. Tədbir diskusya şəraitində keçib şagirdlərin fikirləri dinlənilib.

Aygun Əhmədova

Bənzər yazılar