Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildiriblər ki, diaqnostik qiymətləndirmə dekabrın 24-dən 28-dək Azərbaycan Dövlət İqtisad Universitetinin 2 nömrəli tədris binasında keçiriləcək. Test imtahanında namizədlərə 90 dəqiqə ərzində psixologiya üzrə 60 test tapşırığı təqdim olunacaq. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahana gələn namizədlərdən şəxsiyyəti təsdiq edən sənədin əsli tələb olunacaq.

Bənzər yazılar