20 dekabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) FHN–nin DYNX–nin Cənub Regional DYNİ–nin təşkilati dəstəyi “Fövqəlada halların davranış qaydaları” ilə bağlı profilaktiki tədbir keçirildi. Kollecin müəllim və tələbələrinin qatıldığı tədbirdə Cənub Regional Mərkəzinin “Maarifləndirmə” sektorunun müdiri Zaur Hüseynov, Ərazi orqanları iş şöbəsinin baş zabiti d\x baş leytenantı Şəhriyar Hətəmov, DYNX–nin Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin inspektoru, d\x leytenantı Kamran Səttarzadə fövqəladə hallar sırasında ən geniş yayılmış hadisələrdən olan yanğınların törənməsi səbəbləri, onların lokallaşdırılması, nəticələrinin operativ aradan qaldırılması, qarşısının alınması barədə iştirakçılara məlumat veriblər. Tədbirin praktik hissəsində baş vermiş yanğının söndürülməsi tələbələrə əyani olaraq göstərilib, yanğınların söndürülməsi qaydaları, daxili yanğınsöndürmə vasitələri haqqında lazımi bilgilər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Aydan Vəlizadə

Kollecin Mülki müdafiə qərargah rəisi

Bənzər yazılar