20 dekabr 2019 – cu il Yardımlı rayon Ə.Mirzəyev adına Honuba kənd tam orta məktəbin Uşaq Birliyi Təşkilat rəhbərliyinin (UBTR) təşkilatçılığı ilə aprel şəhidi Nurəddin Mirzəyevin doğum günü münasibəti ilə tədbir keçirilib. Tədbirə Şəhidin atası Eytimat Mirzəyev və yaxın qohumları da dəvət edilib.

Tədbiri giriş sözü ilə açan məktəbin dil-ədəbiyyat müəllimi Cabir Şükürov şəhidin həyat yolu , qəhrəmanlığından söz açıb və gəncliyin təkcə Nurəddin deyil , bütün qəhrəmanları örnək alacağına , onların qoyduğu irsi şərəflə davam etdirəcəyinə inamını ifadə edib. Daha sonra müəllimlərdən Arif Giləcanov , Ağagül Ağayev , UBTR Şahlar Mirzəyev çıxış edərək şəhidin şərəfli həyat və döyüş yolundan bəhs edib .

Şəhidin atası Eytimat Mirzəyev şagirdlərə öz arzu və tövsiyyələrini çatdırıb.

Daha sonra şagirdlərin hazırladıqları bədii hissəyə yer verilib . Şagirdlərdən Mirzəzadə Ramal , Mirzəzadə Ləman , Tağızadə Fəridə və Şükürlü Hüseyn şeirlər deyib .

Sonda məktəbin müəllim və şagird kollektivi şəhidin məzarını ziyarət edib. Şəhidin məzarı önündə şeirlər deyilib . Şəhidin əmisi Əlizamin Mirzəyev şagirdlərə vətənin müqəddəsliyi,onun müdafiəsi üçün yeri gəlsə canımızdan da keçməyə hazır olmalı olduğumuzdan danışıb və bunun bariz nümunəsinin məzarı önündə dayandığımız Nurəddin Mirzəyev olduğunu deyib . O bildirib ki,şəhidlər ölməzdir , nə o dünyada nə də bu dünyada. O dünyada Allah tərəfindən əbədi həyatla müjdələnən şəhidlər bu dünyada daim qəlbimizdə yaşayacaq.

Qeyd edək ki, bu gün şəhid Nurəddin Mirzəyevin 23-cü doğum günüdür.

Qeyd: Şəhid Nurəddin Eytimat oğlu Mirzəyev.20 dekabr 1996 – cı ildə Yardımlı rayon Honuba kəndində anadan olub . 2015 – ci ilin yanvar ayı hərbi xidmətə çağırılan Nurəddin snayper kimi xidmət edib. 2016 – cı il aprelin 2 – dən 3 – ə keçən gecə Lələtəpə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Aprelin 4-ü doğulduğu Yardımlı rayon Honuba kəndində uğrunda can verdiyi torpağa tapşırılıb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunub.

Honuba kənd tam orta məktəbin müəllimi

Vəzir MİRZƏYEV

Bənzər yazılar