Ombudsmanın Cəlilabad Regional Mərkəzi Salyan şəhərindəki A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək, insan hüquqlarının inkişaf mərhələləri, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu mühüm sənədlərə qoşulması və digər müddəalar barədə ətraflı məlumat verib.

Z.İsmayılov bildirib ki, ölkəmizdə insan hüquqları ilə bağlı islahatların təməli Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə qoyulub. Müstəqil Azərbaycanımızın ilk demokratik Konstitusiyası isə məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlaaraq 12 noyabr 1995–ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə, demokratik tərzdə qəbul edilib.

Natiq vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərlik etdiyi dövrlərdə ən çox diqqət yetirdiyi sahələrdən biri məhz insan hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsi olub. Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulması və 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilməsi də atılan mütərəqqi addımlardan biridir. Ulu öndərin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci il tarixli Fərmanı ilə insan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində də strateji məqsədlər, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının layihəsinin hazırlanması, insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılmasına dair təkliflərin hazırlanması, qaçqınların və məcburi köçkünlərin, əlillərin, müharibə iştirakçılarının, aztəminatlı ailələrin iqtisadi və sosial hüquqlarının daha səmərəli təmin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması, insan hüquqları üzrə Elmi Tədqiqat institutunun yaradılmasına dair təkliflərin hazırlanması, hüquqi islahatların həyata keçirilməsi ilə əlaqədar normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunu təmin edilməsi və s. bu kimi məqsədlərə nail olmaq üçün tədbirlər planı müəyyən olunub. Bu proseslərin məntiqi davamı kimi, Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramına müvafiq olaraq insan hüquqları üzrə səlahiyyətli Müvəkkil təsisatının yaradılıb, Azərbaycan Respublikas insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulub, bu sahədə elmi-tədqiqat institutu fəaliyyətə başlayıb, normativ hüquqi aktlib. İnsan hüquq və azadlıqlarının təmini istiqamətində aparılan hüquqi islahatların tərkib hissəsi kimi, insan hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə 28 dekabr 2001-ci il tarixdə «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında»

Konstitusiya Qanununun qəbul edilməsi, vətəndaşların pozulmuş hüquqlarının bərpasında yeni mexanizmin və ölkə modelinin formalaşmasına imkan verib.

Z.İsmayılovun sözlərinə görə, son illərdə hüququn bütün sahələrini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının statusunu, fəaliyyət istiqamətlərini müəyyən etməklə hüquqi dövlət üçün demokratik cəmiyyətdə zəruri olan qanunvericilik bazasının yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə real imkanlar açıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavlandırılıb.

Bənzər yazılar