Dərc olunub: 23.12.2019

Avropa Azərbaycan Məktəbində Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə konsert-müsabiqə keçirilib. “İstedad sorağında” layihəsi əsasında hazırlanmış konsertdə məktəbin şagirdləri öz istedadlarını nümayiş etdirilblər. IX sinif şagirdlərinin biznes layihəsi olan tədbirin təşkilatçıları məhz şagirdlərin özləri idi. Valideynlərin də qatıldığı tədbir böyük coşqu ilə qarşılanıb.

Məktəbin müəllimləri və şagirdlərdən ibarət münsiflər heyəti müxtəlif musiqi nömrələri ilə çıxış edən şagirdlərə müvafiq ballar verərək sonda qalibləri müəyyən etdi.

Azərbaycan ifaçılıq sənətində xüsusi rolu olan, Azərbaycan Respublikasının xalq artisti İlqar Muradovun da öz əsrarəngiz ifası ilə şagirdlərin xoş məramına qoşulması tədbirə xüsusi rəng qatdı.

Tədbirin özəlliklərindən biri də xeyriyyə məqsədi daşıması idi. Belə ki, şagird, valideyn, müəllim və qonaqların yardımı ilə toplanılmış 600 manatdan artıq vəsait yeni il ərəfəsində kimsəsiz uşaqların arzularının gerçəkləşdirilməsinə sərf ediləcəkdir.

Tədbirin sonunda müsabiqənin qalibləri sertifikat və hədiyyələrlə təltif edildi.

Bənzər yazılar