“Baza fənləri üzrə mart, aprel aylarında, ixtisas fənləri üzrə imtahanlar isə iyul ayında keçiriləcək.
Baza imtahanlarında III, IV, V, VI kurs tələbələri iştirak etdiyi halda, ixtisas imtahanlarına yalnız VI kurs, yəni tibb təhsilini tamamlamış namizədlər iştirak edə bilər”.
Mektebgushesi.az AzEdu.az- istinadən xəbər verir ki, bu sözləri DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev rezidenturaya qəbul qaydalarında edilmiş dəyişikliklərlə bağlı mətbuat konfransında deyib.
O, imtahan qiymətlərində dəyişiklik olmayacağını da vurğulayıb.