Füzuli rayon Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Həsən Rzayev 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu və dahi şairin 650 illik yubileyinin dövlət səviyyəsində keçirildiyini qeyd edib. Sonra məktəbin tədris işləri üzrə direktor müavini Nazim Həşimov tədbirin ssenarisi haqında geniş məlumat verib və hərkəsi izləməyə dəvət edib.O bildirib ki, Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir.

Sonra mütəfəkkirin həyat və yaradıcılığı barədə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Abdullayeva Gültəkin geniş məlumat verib.

Tədbirin təşkilatçısı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zöhrə Nəcəfova ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin milli Azərbaycan ədəbi dilinin daha da inkişaf etdirilməsi və onun yeni-yeni söz və ifadələrlə zənginləşdirməsində mühüm rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.Sonra hər kəsin şagirdlərin ifasında bədii hissəyə tamaşa etməyə dəvət edib.

Məktəblilər İ.Nəsiminin qəzəllərini söyləyiblər.Əmir Teymur və Nəsiminin görüşü uşaqlar tərəfindən səhnələşdirib, bu tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Bənzər yazılar