Dərc olunub: 27.12.2019

Mektebgushesi.az xəbər verir ki, bu sözləri  sosial şəbəkə hesabında tanınmış iqtisadçı alim, Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu akademik istedadı ilə fərqlənən ABŞ-ın çoxsaylı nəşrlərində haqqında yazılar dərc olunan Kənan Həsənəliyev barəsində söz açıb:

“Kənan Həsənəliyev  fitri qabiliyyət sahibidir, onu 5 yaşından tanıyıram. Hələ 2009-cu ildə Çapel Hilldə yerləşən Şimali Karolina Universitetində çalışan zaman Kənanın atası Orxan Həsənəliyevlə tanış olmuşdum. Atası Orxan müəllim Şimali Karolinada Universitetdə dərs deyirdi. Elə o zamandan da atasından Kənanın nəticələri barədə soruşur və həmişə onun nailiyyətləri eşidəndə iftixar hissi keçirirdim. Həmçinin, Kənanın azərbaycanlı olması ilə də qürur duyurdum”.

Qubad İbadoğlunun sözlərinə görə, Kənan Həsənəliyev VIII sinifdə oxuduğu müddətdə magistr səviyyəli  dərslərdə iştirak edərək riyaziyyat elmini  ali səviyyədə mənimsəyib:

“Kənan hələ VI  sinifdə oxuduğu müddətdə təhsilini 3 pillə qabaqlayıb. O, VI sinifdə oxuyarkən “AP Calculus” və “Calculus İİ” fənnlərini mənimsəyib. Kənan VIII sinifdə oxuduğu müddətdə ali riyaziyyat fənnlərini öyrənmək üçün Şimali Karolina Universitetində magistr səviyyəli dərslərdə iştirak edib. Bu günlərdə Kənan ABŞ-ın Kaliforniya ştatında yerləşən dünya şöhrətli Stanford Universitetinə qəbul alıb. 15 yaşlı Kənan gələn ilin sonunda yaşadığı Cary şəhərində orta məktəbi bitirdikdən sonra ailəsi ilə birlikdə Kaliforniya ştatına köçəcək və riyaziyyat elminin dərinliklərini Stanford Universitetində öyrənəcək”.

Bənzər yazılar