Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə həsr olunan tədbir keçirilib.

Tədbirdə təbrik nitqi ilə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə universitetin əməkdaşlarını və tələbələri ürəkdən təbrik edib. 2019-cu ildə universitetdə görülən işlərdən və əldə olunan nailiyyətlərdən,  ötən ay ərzində keçirilən tədbirlərdən və universitetin həyatında baş verən əlamətdar hadisələrdən danışan rektor M.Babanlı yeni ildə hər kəsə uğurlar arzu edib.

Tədbir rəsmi hissəsindən sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı ilə davam etdirilib.

Bənzər yazılar