Dekabrın 27-də Azərbaycan Dillər Universitetində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan yeni kitabın təqdimat mərasimi keçirilib. “Azərbaycanın Mehriban Siması” adlanan kitabın müəllifi siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevdir.

ADU-nun Tələbə Həmkarlar Təşkilatının sədri Şahin Sərdarlı qonaqları salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu bildirib.

ADU-nun rektoru, akademik Kamal Abdulla kitabın əhəmiyyətindən danışıb. Azərbaycan dövlətçiliyinə ruhu ilə bağlı olan bir şəxsiyyətin, cəmiyyətin səsinə səs verən, hər zaman xalqının yanında olan Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban Əliyeva haqqında yazılan fikirləri yüksək qiymətləndirib. Rektor bildirib ki, Azərbaycan qadınları üçün gözəl nümunə olan Mehriban Əliyeva ölkə daxilində və xaricində keçirdiyi görüşlərdə Azərbaycan haqqında çıxışları, apardığı fikir mübadilələri ilə özünün dərin biliyə, geniş erudisiyaya malik olduğunu yüksək səviyyədə nümayiş etdirib.

Sonra tələbələr məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında yazılmış bu fundamental əsər beş fəsildən ibarətdir. Kitabda Mehriban Əliyeva Azərbaycan qadınının müasir obrazı, Mədəniyyət Diplomatiyası: İctimai Missiyanın Uğur Salnaməsi, Sülh Carçısı: Milli və Bəşəri İdealların Hamisi, Heydər Əliyev Fondu Azərbaycanın zəngin milli-maddi sərvəti, Mehriban Əliyevanın İctimai-siyasi portretinin əsas cizgiləri istiqamətində qələmə alınan məqalələr, ictimai-siyasi motivli yazılar yer alıb. Müəllif kitabda Mehriban Əliyevanın Azərbaycan mədəniyyəti tarixinin nümunələrini bütün dünyaya çatdırmasını, eləcə də, elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyətinin ölkədəki quruculuq proseslərinə müsbət təsirindən söz açıb. Bütün bunlar “Azərbaycanın Mehriban siması” adlı kitabında ciddi elmi əsaslar və faktlarla əks olunub.

Kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev tələbələrin marağına səbəb olan bu kitabın xarici dillərə tərcümə olunmasının vacibliyindən danışıb. Bu işdə tələbələrin yaxından iştirakının onların bilik və bacarıqlarının artırılması istiqamətində əhəmiyyətli məqam olacağına inandığını söyləyib.

Tədbir tələbələrin sualları ilə başa çatıb

Bənzər yazılar