Bu gün Şirvan  Dövlət İqtisadiyyat və Humanitar Kollecində yenidən ,,Əllərin Ritmi-2″ adlı tədbir keçirildi.

Tərbiyə işləri üzrə direktor müavini Aidə Əsədovanin  təşkilatçılığı ilə keçirilən tədbir nitq qürsurlu və xususi qayğıya ehtiyacı olan insanlar üçün təşkil olunmuşdu. 20 Ailə və Ev təhsili qrupunun qizlari birlikdə müxtəlif mahnilari və seirləri işarə dili ilə tamaşaçılara çatdırırdılar.Şəbnəm İbrahimova və Xədicə Cəfərova aparıcılıq edirdilər. Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni İl münasibətilə təşkil olunmuş tədbirdə nitq qüsurlu və xususi qayğıya ehtiyacı olan insanlar iştirak edirdi.

Nahidə Elman, Adəm Yusifli və İsmayıl Əsədov şeirlər söylədi. Xədicə Cəfərova, Şəbnəm İbrahimiva və Ceyhun əl işarəsi ilə başa saldilar. Tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdi.Sonda direktor Balamirzə Məmmədov, Rasim Xəlilov, Valeh Xəlilov və Aidə Əsədova çıxış etdilər.

Sonda Aidə  tədbirin təşkilində göstərdiyi köməyə görə Sevda müəlliməyə və Rasim müəllimə öz təşəkkürünü bildirdi.

Aidə Əsədova

Bənzər yazılar