Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Astara rayonu Artupa kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Ailə dəyərlərimizi qoruyaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Artupa kənd diyarşunaslıq evində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Turan Həsənzadə, Tacəddin Sadıqov, Artupa kənd məscidi dini icmasının sədri Ağadada Cavadov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.

Çıxışlar zamanı milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsində ailənin mühüm rol oynadığı qeyd edilib. Gənclərin şəxsiyyət kimi formalaşması və sağlam cəmiyyətin qurulmasında ailə dəyərlərinin əhəmiyyəti müzakirə edilib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bənzər yazılar