ADU nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Xəzər Universiteti – Sumqayıt Dünya məktəbində keçirilən “Elm Şənliyi” adlı sərgidə iştirak edib.

Sərgi şagirdlərin elmi potensialı və yaradıcılıq qabiliyyətlərini əks etdirmək məqsədi ilə təşkil olunub. ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayevanın rəhbərliyi ilə Sumqayıt Dünya məktəbində tədris olunan Çin dili kurslarının şagirdləri Çin dili və mədəniyyətini əks etdirən nümayişlər təqdim ediblər. Sərgidə iştirak edən Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı və digərləri ənənəvi Çin çay dəmləmə mərasimini izləyərək Çin çayını dadıblar. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə əsaslanaraq,

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun müəllifi olduğu Çin dilində nəşr edilən, Prezident İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi dostluq münasibətləri, hərtərəfli əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı istiqamətində fəaliyyətinə həsr olunmuş “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı kitabı tədbir iştirakçılarına hədiyyə olunub.

Bənzər yazılar